Qazaxıstanın Almatı şəhərində iğtişaşçılar “Mir” telekanalının binasında barrikada qurublar.
KONKRET.az bu barədə “Xabar-24”ə istinadən xəbər verir.
Məlumata görə, naməlum şəxslər Respublika meydanında barrikadalar quraraq müqavimət göstərirlər. Qeyd edilir ki, qarşıdurma zamanı ölənlər var. Onların meyitləri küçədə qalıb. Ölənlərin sayı açıqlanmır.
