Qazaxıstanın Almatı şəhərində yenidən atışma başlayıb.
Bu barədə KONKRET.az Rusiya mediasına istinadla xəbər verir.
Qeyd olunub ki, atışma şəhərin mərkəzində baş verir. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu deyilir.
“Şəhər əhalisi şübhəli insan qruplarını müəyyən etməkdə polisə kömək edir. Cinayətkar dəstələr kiçik meydanlarda, parklarda gizlənirlər. Güclü duman polisin işini çətinləşdirir”.
