Amerikalı teleaparıcı Rusiyada işə başlayacağı xəbərini yalanladı – Baydeni ittiham etdibackend

Amerikalı teleaparıcı Rusiyada işə başlayacağı xəbərini yalanladı – Baydeni ittiham etdi

Amerikalı teleaparıcı Taker Karlson “Rossiya 24” televiziyasında teleşou aparacağı ilə bağlı “RİA Novosti”nin xəbərini təkzib edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, jurnalist bu xəbərə “tamamilə yalandır” sözləri ilə reaksiya verib.

Karlson vurğulayıb ki, bəzi KİV-lərdə onun Rusiya televiziyasında aparıcı olması ilə bağlı yayılan məlumatlar yalnız Ağ Evə sərf edər. Çünki bu, ABŞ prezidenti Co Bayden administrasiyasına jurnalistin arxasınca “casusluğu” davam etməyə imkan vermək məqsədi daşıyır.

Qeyd edək ki, “Tucker Carlson Network” striminq xidmətinin proqramlaşdırma və istehsal şöbəsinin rəhbəri Din Tompson da populyar teleaparıcının Rusiyada yeni layihə həyata keçirməsi ilə bağlı yayılmış şayiələri təkzib edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*