“Amnesty international” təşkilatı Hindistanda cərimələndibackend

Amnesty international” təşkilatı Hindistanda cərimələndi

Hindistanın maliyyə qurumları “Amnesty international” təşkilatını cərimələyib.

KONKRET.az-ın xəbərinə görə, maliyyə cinayətlərini araşdıran dövlət qurumu (Enforcement Directorate) təşkilatı 6,5 milyon dollar cərimələyib. Bildirilir ki, təşkilat Hindistan daxilində fəaliyyətini xaricdən aldığı vəsaitlə maliyyələşdirib.

“Amnesty international” təşkilatının Hindistan bölməsinin rəhbəri əlavə olaraq 1,3 milyon dollar cərimələnib.

“Amnesty international” məsələyə münasibət bildirməyib. Təşkilat Hindistanda fəaliyyətini 2020-ci ildə dayandırıb. Buna səbəb bank hesablarının dondurulması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*