Ana “laylay” oxuyaraq 3 uşağını boğub, öldürdü – FOTObackend

Ana "laylay" oxuyaraq 3 uşağını boğub, öldürdü - FOTO

ABŞ-ın Arizona ştatının Feniks şəhərində yaşayan 22 yaşlı Rachel Henry adlı qadın azyaşlı uşaqlarını boğduğuna görə məsuliyyətə cəlb olunub.

KONKRET.az Milli.az-a stinadla xəbər verir ki, o, yaşları 3, 1 və 7 aylıq olan övladlarını boğaraq öldürüb. Polisin dediyinə görə, uşaqlar həyatda qalmaq üçün analarını cırmaqlayıb, təpikləsələr də, faydası olmayıb.

Henri ifadəsində bildirib ki, uşaqları hərəkətsiz vəziyyətdə qalana qədər onların ağız və burunlarını bağlayıb, nəfəs almaqlarına mane olub.

Qadının dediyinə görə, övladlarını növbə ilə öldürərkən uşaqlarına “laylay” da oxuyub.

Qeyd edək ki, qadın Metamfetamin (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə) aludəçisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*