“Anam mənə deyir elə geyinmə, oğlum hələ də qısqanır” – Elzabackend

"Anam mənə deyir elə geyinmə, oğlum hələ də qısqanır" - Elza

Əməkdar artist Elza Seyidcahan ATV telekanalında yayımlanan “Zaurla Günaydın” proqramının qonağı olub.

KONKRET.az xəbər verir ki, müğənni, bəstəkar anasının ona qoyduğu qadağalardan danışıb:

“Efirə çıxanda anam mənə iradlar tutur: ətəyini çox yelləmə, onu geyinmə. Bu yaşda da mənə nələrsə deyir”.

Sənətçi oğlunun qısqanclıqlarından da danışıb:

“Qız övladı yox, oğul ananı qısqanır. Anaya atadan çox diqqət ayırır. Qadın da oğul anası olandan sonra dəyişir. Oğlum evlidir, amma yenə də qısqancdır. Allah mənə övladı, nəvəni erkən yaşda nəsib etdi. Bildi ki, sənətim çətindir, onla məşğul olacam. Balalarımın ana, atası var. Gedib öz həyatların yaşasınlar. Onlara Elza Seyidcahan adı ömürləri boyu bəsdir. Onlara yetəri qədər hörmət qoymuşam. Elə tərbiyə vermişəm ki, çalışdıqları yerdə hörmət qazanıblar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*