Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəxsi sosial şəbəkə hesablarında Kəlbəcərin İstisu kəndinin müasir görkəminin vizual görüntülərini paylaşıb.
KONKRET.az xəbər verir ki, sentyabrın 2-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və 63,1 hektar ərazini əhatə edən kənd mərhələli şəkildə salınacaq.
Birinci mərhələdə 39,2 hektar ərazidə 159 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur. Layihəyə əsasən, kənddə 71 taunhaus (142 mənzilli) və çoxmənzilli 10 bina (180 mənzil) da tikiləcək. Müasir İstisuda bütün zəruri sosial və infrastruktur obyektlərinin tikintisi həyata keçiriləcək. Kənddə 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, idman-sağlamlıq və klub-icma mərkəzi, tibb məntəqəsi və idman meydançası da inşa ediləcək.
Beləliklə, İstisu müasir şəhərsalma standartlarına uyğun yenidən qurularaq Qarabağın və Şərqi Zəngəzurun mühüm rayon mərkəzlərindən birinə çevriləcək.
Salam Anar müəllim sizdən xahiş edirəm mənədə torpaqımın təyinatını dəyişmək üçün köməklik edəsiz.