Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu iyulun 11-də Neftçala şəhərində keçirib.
KONKRET.az komitəyə istinadən xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Sonra Şirvan, Hacıqabul, Neftçala və Salyan rayon sakinləri ilə keçirilən görüşdə vətəndaşlar tərəfindən tikintiyə icazə icraatı və torpaq münasibətləri ilə bağlı verilən suallar cavablandırılıb, qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb.
Həmçinin sakinlərə şəhərsalma qanunvericiliyinin tələbləri və Komitə tərəfindən yaradılan elektron icazə sisteminin üstünlükləri barədə ətraflı məlumat verilib.