Bu gün zəngin tarixi və füsunkar təbiəti ilə göz oxşayan, Vətənimizin ən gözəl diyarlarından olan Kəlbəcər şəhərinin günüdür.
KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu münasibətlə rəsmi sosial şəbəkə hesabında Kəlbəcərdə dayanıqlı şəhərsalma prinsipləri əsasında həyata keçirilən bərpa və quruculuq layihələrini əks etdirən videoçarx paylaşıb.
Qeyd edək ki, Kəlbəcər şəhərinin Baş planına uyğun olaraq əhalinin yüksək standartlara cavab verən mənzillərlə təmin olunması, sosial və mədəni obyektlərin tikintisi, rekreasiya zonalarının artırılması, infrastrukturun müasirləşdirilməsi, alternativ enerji mənbələrindən səmərəli istifadə kimi mühüm tədbirlər nəzərdə tutulur. Həmçinin bölgənin potensialı nəzərə alınaraq, həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə urbanizasiya prosesində yerli şəraitə uyğun innovativ və ekoloji həllər tətbiq edilir.