Anasının xəstəliyini öyrənən Vətən müharibəsi iştirakçısı intihar etdibackend

Anasının xəstəliyini öyrənən Vətən müharibəsi iştirakçısı intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib.

Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvəllər polis nəfəri kimi Lənkəran RŞPŞ-də xidmət edib.

O, intizamlı əməkdaş kimi xarakterizə olunur. Ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz raportu əsasında Daxili İşlər Orqanlarından xaric edilib.

Araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*