Ancelina Coli Bred Pittdən 250 milyon dollar tələb etdibackend

Ancelina Coli Bred Pittdən 250 milyon dollar tələb etdi

Keçmiş cütlük Ancelina Coli və Bred Pittin birgə evlilik zamanı əldə etdikləri əmlakın bölüşdürülməsi prosesi hüquqi qarşıdurma səviyyəsinə çatıb.

KONKRET.az kinonews.ru saytına istinadən xəbər verir ki, A.Coli B.Pittdən 250 milyon dollar təzminat tələb edib.

Qeyd edək ki, 2022-ci ilin fevralında dünyaşöhrətli aktyor B.Pitt öz keçmiş həyat yoldaşı A.Colini 2008-ci ildə birgə yaratdıqları Fransanın cənubundakı şərab zavodu və şəhərkənarı malikanənin qanunsuz satışına görə məhkəməyə verib. Açılan əks iddiada isə Hollivud ulduzu A.Coli keçmiş həyat yoldaşını ona qarşı qisasçı müharibə aparmaqda, həmçinin əmlak və biznes üzərində nəzarəti ələ keçirməkdə günahlandırıb.//AzərTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*