KONKRET.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Andrey Zaqorodnyuk Rusiyanı düşmən adlandırıb. Bu barədə o, özünün Facebook səhifəsində yazıb.
Nazir Rusiya tərəfi ilə maliyyə və iqtisadi əlaqələrin mümkün olmadığını izah edib.
Andrey Zaqorodnyuk düşmənlə ya silah dilində, ya da təcrübəli diplomatlarla danışmaq lazım olduğunu vurğulayıb. O, Ukrayna hakimiyyətini NATO ilə inteqrasiya üçün mümkün olan hər şeyi etməyə çağırıb.
“2014-cü ildən bəri mən aydın başa düşdüm ki, düşmənin adı beş hərfdən ibarətdir – Rusiya”, – deyə Zaqorodnyuk əlavə edib.
Müdafiə naziri NATO ilə qarşılıqlı əlaqə məsələsini şəxsi nəzarətində saxladığını da vurğulayıb.
