Türkiyənin müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığı zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki A-400M təyyarəsinin geri qaytarılması məsələsini qaldırıb.
KONKRET.az “lenta.ru”ya istinadən xəbər verir ki, Akar bu barədə hələ mart ayında Türkiyənin Habertürk telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, bu hərbi nəqliyyat vasitələri fevralın 24-ü axşam saatlarında Türkiyədən havaya qalxıb və indiyədək Kiyev yaxınlığındakı Borispol hava limanındadır.
Türkiyə müdafiə naziri həmkarına deyib ki, təyyarələr Kiyevə humanitar yardım aparıb və geri qayıdarkən Türkiyə vətəndaşlarını təxliyyə edəcəkmiş. Lakin həmin vaxt Ukrayna üzərində hava məkanı bağlanıb və təyyarələr hava limanından çıxa bilməyib.
Roman Göytürk,
KONKRET.az
