“Anklavların Azərbaycana verilməsi onun üçün yeni imkanlar yaradacaq” – Manukyanbackend

"Anklavların Azərbaycana verilməsi onun üçün yeni imkanlar yaradacaq" - Manukyan

“Anklavların Azərbaycana verilməsinin heç bir hüquqi əsası yoxdur”.

KONKRET.az xəbər verir ki, belə bir sərsəm bəyanatla Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan çıxış edib.

O bildirib ki, Ermənistanın təslim olması növbəti müharibə üçün Azərbaycana daha sərfəli mövqelər yaradacaq.

Manukyan həmçinin Qarabağı təslim etməklə erməni xalqının sülh içində yaşaya biləcəyi fikrini absurd adlandırıb:

“Ermənistanın Qarabağ xalqının müstəqillik hüququnun qəbulunu öz məqsədi kimi elan etməməsi artıq bizi bütün dünya qarşısında aşağılayır. Mən xüsusi olaraq hüquq-mühafizə orqanlarına müraciət edirəm. Siz Nikol Paşinyanı müdafiə etmək üçün and içmədiniz, Vətəni, dövləti, Konstitusiyanı və qanunları müdafiə etmək üçün and içdiniz. Nikol Paşinyanın etdiyi və etmək istədiyi şey, ilk növbədə, bizim Konstitusiyaya və qanunlarımıza ziddir. Nikol Paşinyanın özü artıq qeyri-legitimdir”, – deyə keçmiş baş nazir əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

  • Tahir Qasımov
    İyun 7, 2023 - 07:36

    Anklavın verilməsi də verilməməsi də Azərbaycana imkanlar yaradacaq ay debil. Çünki mövcud situasiya bunu diqtə edir. “Burcutmanız” əbəsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*