Anonymous hakerləri ruslara videomüraciət edib.
KONKRET.az xəbər verir ki, Anonymous hakerləri martın 3-də Rusiya Federasiyası vətəndaşlarının hesablarını boşaldacaqlarını və Ukraynaya göndərəcəklərini vəd ediblər.
Hakerlər rus ordusun raket zərbələri nəticəsində ayağı kəsilmiş yaşlı qadını, dağıdılmış binaları və s. göstərərək ruslara müraciət ediblər.
“Əgər siz mitinqlərə çıxmırsınız, hakimiyyəti dəyişə bilmirsinisə, onda martın 3-də bizi gözləyin. Hesablatrınızdakı bütün pullar ukraynalıların hesabına köçürüləcək”, – deyə hakerlər bildiriblər.
Bundan bir nüçə saat öncə isə haker qrupu RBK, TASS, “İzvestiya” və “Kommersant” qəzetlərinin saytlarını sındırıb. Onların hər birinin əsas səhifəsində Ukraynada hərbi əməliyyatı dayandırmağa çağıran haker mesajı yer alıb.
Xuraman Etibarlı,
KONKRET.az
