Antalya rekordu qırdı – 8 ayda yalnız bu bölgəyə 10 milyondan çox turist gəlibbackend

Antalya rekordu qırdı – 8 ayda yalnız bu bölgəyə 10 milyondan çox turist gəlib

Türkiyənin əsas turizm mərkəzlərindən sayılan Antalyaya bu il 1 yanvar-22 avqust dövründə gələn xarici turist sayı 10 milyon 5 min 323-ə çatıb. Konkret.az Antalya və Gazipaşa hava limanlarının məlumatlarına istinadla xəbər verir ki, şəhərə gələn xarici turistlərin sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq rekordu qırıb. Ən çox turist isə Rusiya və Almaniyadan gəlib.

Bir əvvəlki ilin eyni dövründə 8 milyon 586 min 11 turist şəhəri ziyarət edib. 200-ə yaxın ölkədən gələn turistlər tətil üçün Antalyaya üstünlük veriblər. Ən çox qonaq isə Rusiya, Almaniya və Ukraynadan olub. Dövlət və özəl sektorun nümayəndələri “qüsursuz sənaye turizmi” olaraq xarakterizə edilən turizmdəki hədəflərə çatmaq üçün intensiv işlərini davam etdirir. Şəhərə gələn turistlər Antalyanın tarixi və mədəni bölgələrini ziyarət etməklə, eləcə də lüks otellərdə tətillərini keçirməklə əsl istirahət zövqü alırlar.

GƏLİRLƏR 8-10 DƏFƏ ARTIB

“Professional Otel Menecerləri” Dərnəyinin Başçısı Ülkay Atmaca vurğulayıb ki, “hədəfimiz bu il 16 milyon turist qəbul etməkdir. Bu rəqəmə çatmaq üçün mübarizəmizi davam etdiririk. Bu, baş verərsə, məqsədimizə çatacağıq”. Atmaca keçən il təxminən 14 milyon turistin Antalyaya gəldiyini söyləyib: “Hər şey planlaşdırıldığı kimi gedir. Ümid edirik ki, sentyabr da belə keçəcək. Bütün bazarlarda artım davam edir. Turizmdəki bu uğurlar davam edəcək. Bu il də gəliri 10 faiz artırmaq hədəfimiz var”.

NURANƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*