“Antiterror əməliyyatı başlayıb, vəziyyətə yerli orqanlar nəzarət edir” – Qazaxıstan Prezidentibackend

"Antiterror əməliyyatı başlayıb, vəziyyətə yerli orqanlar nəzarət edir" - Qazaxıstan Prezidenti

Qazaxıstanın bütün regionlarında konstitusiya quruluşu bərpa olunub və vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib.

Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Tokayev cümə günü səhər Prezident Administrasiyası rəhbərliyi, Təhlükəsizlik Şurası və təhlükəsizlik qüvvələrinin iştirakı ilə terrorla mübarizə qərargahının iclasını keçirib.

Görüşdə ölkədəki əməliyyat vəziyyəti, antiterror əməliyyatının gedişi, regionlardakı vəziyyət müzakirə olunub.

“Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları gərgin iş aparır. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub. Vəziyyətə yerli orqanlar nəzarət edir”, – məlumatda ​​bildirilir.

  • Azər
    Yanvar 7, 2022 - 09:39

    Dövlətin əleyhinə gedənlər -terrorçular,qiyamçılar,separatistlər,soyğunçular,necə istəyirsinizsə adlandırın,yerindəcə məhv edilməlidir !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*