Antonovdan KRİTİK AÇIQLAMA: ABŞ bu ölkə vasitəsilə Rusiyaya qarşı istifadə edəcəkbackend

Antonovdan KRİTİK AÇIQLAMA: ABŞ bu ölkə vasitəsilə Rusiyaya qarşı istifadə edəcək

ABŞ rəsmiləri Ukraynadan Rusiyaya təzyiq göstərmək üçün istifadə etməyə çalışırlar. Baxmayaraq ki, bəziləri heç bu ölkənin harada olduğunu bilmirlər.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Anatoli Antonov deyib.

O bildirib ki, Ukraynanı Rusiyaya qarşı təzyiq aləti kimi istifadə etməyə çalışanlar Rusiyanın müstəqil beynəlxalq və iqtisadi siyasətini dəyişdirmək istəyirlər:

“ABŞ administrasiyasının Ukraynada hansı siyasi maraqlarının olduğunu anlamıram. Bu məsələni bir çox siyasətçi ilə müzakirə etdim, zarafat etmirəm, amma bəziləri Ukraynanın harada olduğunu bilmirdilər. ABŞ-ın bu davranışı zərərli fəaliyyətdir”, – Antonov qeyd edib. /Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*