Aprelin 6-da Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Prezidentinin rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilir ki, aprelin 6-da Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Görüşün şəxsən və ya onlayn baş tutacağı rəsmi internet saytında göstərilməyib.

Xuraman Etibarlı,
KONKRET.az
