Ara Zohrabyan: “Prokurorluq hakimiyyətin nəzarətindən çıxa bilər”backend

Ara Zohrabyan: "Prokurorluq hakimiyyətin nəzarətindən çıxa bilər"

“Hansısa səlahiyyətli orqan vəzifələrini tam yerinə yetirmirsə, deməli bu sahədə ciddi uğursuzluqlar var”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Vəkillər Palatasının sədri Ara Zohrabyan fevralın 15-də jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, bir qrup vəkil Baş Prokurorluğa dövlətə xəyanət barədə materiallar göndərib ki, bu sənədlər cinayət işinə əlavə edilsin. Lakin bununla bağlı heç bir səs-soraq yoxdur.

“Biz mütləq bir xəyanət olduğunu demirik. Deyirik ki, belə bir şübhəmiz var, bir iş açın, yoxlayın. İş tam olaraq xəyanət maddəsi ilə başlanmalıdır.

Hakimiyyət orqanlarına ilk növbədə buna ehtiyac var. Əgər bu orqanların həqiqətən xəyanətlə heç bir əlaqəsi yoxdursa və məğlubiyyət obyektiv səbəblərin nəticəsidirsə, o zaman bu barədə tutarlı açıqlama verilməlidir. Hesab edirəm ki, hakimiyyət bu işin araşdırılmasında maraqlı deyil. Onların qorxacaqları bir şey olduğunu düşünürük”.

Zohrabyan bildirib ki, “Bu strukturların rəhbərliyi tərəfindən bəzi məhdudiyyətlər ola bilər, amma bu strukturlarda vətənpərvərlər və bilikli insanlar var. Ümid edirəm ki, bu insanlar sayəsində faktlar həqiqətən bir xəyanət olduğuna gətirib çıxararsa, sözügedən qurum icra hakimiyyətinin nəzarətindən çıxa bilər”.

Xatırladaq ki, 22 dekabr 2020-ci ildə yüzdən çox vəkil Baş Prokurora Cinayət Məcəlləsinin 299-cu maddəsində (dövlətə xəyanət) nəzərdə tutulmuş cinayət əməli törədilməsi faktı ilə bağlı cinayət işi başlanılması xahişi ilə mesaj göndərmişdi. Təqdim edilən sənəd-məruzədə müharibədən əvvəl, müharibə dövründə və müharibədən sonra baş verən hadisələrə toxunulub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*