Aram Qabrielyanov: “Qorxudan islanan Nikolu zirzəmidən çıxarıblar…”backend

Aram Qabrielyanov: "Qorxudan islanan Nikolu zirzəmidən çıxarıblar..."

Rusiyalı media maqnatı Aram Qabrielyanov Paşinyanın şəxsi mühafizəçilərindəki mənbəyinə istinadən Ermənistan baş naziri ictimaiyyətə açıqlanmaqdan qorxduğu bir hadisəni nəql edib.

KONKRET.az xəbər verir ki, media maqnatının dediyinə görə, 2020-ci ilin oktyabrında Paşinyan böyük ali baş komandan kimi özünü göstərməyə qərar verib. Sünikdə dövlət qurumlarından birində böyük bir görüş təşkil edib. Pafosla danışmağa və Sünikin müdafiəsini necə təşkil edilməsini öyrətməyə başlayıb. Hər şey həmişəki kimi olub – çox axmaq duyğular və ozü ilə öyünmək, lakin birdən göydə iyrənc bir dron səsi eşidilib. Və bir vaxtlar Mixail Saakaşvili kimi Nikolu da vəhşi qorxu və dəhşət bürüyüb.

Paşinyan bağırıb ki, zirzəmi haradadır? Yol boyu kişiləri və qadınları itələyərək özünü bomba sığınacağına atıb. Mühafizəçilər onunla çətinliklə ayaqlaşıblar. Nikol bomba sığınacağının küncündə bir siçan kimi qısılıb və təkrarlayıb – xilas edin, kömək edin. Mühafizəçilər ona ikrahla və utancla baxırdılar. 5 dəqiqədən sonra dronun səsi itib, amma Nikol mühafizəçilərə qışqırıb ki, aviasiya çağırın, səmanı yoxlasınlar. Yalnız bir saat yarım sonra qorxudan islanan Nikolu zirzəmidən çıxarılıb, maşına mindirilib, güllə keçirməyən jiletlərlə əhatə edilib İrəvana aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*