Arayik Arutyunyan: “Ermənistan dövlətçiliyi yeni və fəlakətli müharibənin astanasındadır”backend

Arayik Arutyunyan: "Ermənistan dövlətçiliyi yeni və fəlakətli müharibənin astanasındadır"

“Ermənistan dövlətçiliyi yeni və fəlakətli müharibənin astanasındadır”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan videomüraciətində deyib. O bildirib ki, erməni xalqının gələcəyi və dövlətçiliyi təhlükə altındadır.

“Erməni xalqı taleyüklü dövrlər yaşayır ki, bu da dünya nizamının ən ağır böhranı, regionda sabitliyin pozulması, Türkiyə-Azərbaycan “təcavüzü”, yeni müharibə və digər çağırışlarla bağlıdır.

Vəziyyəti və tapşırıqları xalqa açıq şəkildə çatdırmaq istəyirəm.

Təkcə Qarabağ deyil, həm də Ermənistan müasir dövrün əsas çağırışı olan təhlükəsizliyin təmin edilməsi problemi ilə üzləşib.

Səmimi etiraf etmək lazımdır ki, Ermənistan dövlətçiliyi yeni və fəlakətli müharibə astanasındadır. Bu, 44 günlük müharibədəkindən az olmayan ağır nəticələrə gətirib çıxara bilər.

Bu təhlükənin qarşısının alınması və ya onun idarə edilməsi həm təhlükəsizlik, həm də siyasət sferalarını əhatə edən mexanizmlərlə həyata keçirilməlidir”, – deyə Arutyunyan qorxularını dilə gətirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*