Arif Babayevin səhhəti ilə bağlı son durumu AÇIQLANDIbackend

Arif Babayevin səhhəti ilə bağlı son durumu AÇIQLANDI

Türkiyədə xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevdən xəbər var.

KONKRET.az xəbər verir ki, Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf.com-a açıqlamasında atasının səhhətinin yaxşılaşdığını deyib:

“Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana gələcək. İnsult keçirmişdi, çox sevinirik ki, müalicənin nəticəsi yaxşıdır. Sağ-salamat gələr inşallah”.

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat olunub. Onun 83 yaşı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*