Mərhum xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti pisləşib.
KONKRET.az xəbər verir ki, onun oğlu Rövşən Quliyev açıqlamasında anasının komaya düşdüyünü vurğulayıb:
“Anam 1 saylı Şəhər Klinik Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsindədir. Bu gün səhərə yaxın səhhəti ağırlaşdı və komaya düşdü”.
Qeyd edək ki, Gülzar Quliyeva sirroz xəstəliyi ilə yanaşı insultdan da əziyyət çəkir.

(Teleqraf.com)
