Arif Quliyevin səhhəti pisləşdi – Ailəsi yeni QƏRAR VERDİbackend

Arif Quliyevin səhhəti pisləşdi - Ailəsi yeni QƏRAR VERDİ

Xalq artisti Arif Quliyevin səhhəti pisləşib.

KONKRET.az xəbər verir ki, bu haqda sosial şəbəkədə aktyor İslam Mehrəliyev məlumat verib:

“Hazırda Arif Quliyevin səhhəti pisləşib. Dua edin. Allah sənətkarı bizə çox görməsin!”

Qeyd edək ki, COVID-19-a yoluxan Arif Quliyev “Yeni klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib.
“Yeni klinika”nın reanimasiya şöbəsindən görüntüləri yayılan xalq artisti Arif Quliyevin ailəsi KİV-lə əlaqəni kəsmək qərarına gəlib.

Arif Quliyevin qızı teleqraf.com-a açıqlamasında xalq artistinin səhhəti haqqında mediaya heç bir informasiya verməyəcəklərini bildirib: “Artıq atamın səhhəti haqqımda məlumat verməyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*