Mərkəzi Asiya üzrə ekspert, politoloq Arkadi Dubnov Qazaxıstanın eks-prezidentinin yerləşdiyi ölkənin adını açıqlayıb.
KONKRET.az Qaynarinfo-ya istinadla xəbər verir ki, siyasətçinin yaxınlarının saxlanması ilə bağlı da məlumat verib.
Arkadi Dubnov öz Facebook səhifəsində Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Çində olduğunu bildirib. Hələlik bu məlumatın təsdiqi yoxdur, mütəxəssis öz mənbələrinə istinad edir.
Dubnov Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının Dubayda saxlanmasından da danışıb. Politoloq eks-prezidentin kiçik qardaşı, DTX rəhbərinin keçmiş birinci müavini Samat Abişin saxlanması ilə bağlı daha əvvəl yayılan məlumatı da təsdiqləyib.
Əlavə edək ki, Abişin saxlanılması ilə bağlı məlumatlar dərc edildikdən sonra təkzib edilib. Yanvarın 7-də Nazarbayevin ailəsi ilə birlikdə Qazaxıstanı tərk etdiyi məlum olub.
Telegram kanallarında yanvarın 5-dən Nazarbayevin Qazaxıstandan “uçması” ilə bağlı məlumatlar yayılıb. Bunun “sübut”u əvvəlcə hökumət kollegiyasının ölkədən getməsi, daha sonra isə eks-prezidentin kürəkəninin şəxsi təyyarəsinin Qırğızıstan sərhəd hava limanına gəlməsi olub.
Yanvarın 7-də məlum olub ki, Belarus prezidenti Aleksandr Lukaşenko Nazarbayevə zəng edə bilib.

