“Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldıraraq düşmənə növbəti dərsini verdi” – AÇIQLAMAbackend

"Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldıraraq düşmənə növbəti dərsini verdi" - AÇIQLAMA

Bu gün Azərbaycan ordusu növbəti qələbəyə imza ataraq, Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagizin tarixi adı bərpa edilərək Suqovuşan adlandırıldı. Qeyd edək ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Bununla bağlı KONKRET.az-a danışa deputat İqbal Məmmədov bildirib ki, bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə növbəti şanlı qələbəyə imza atdı: “Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldıraraq düşmənə növbəti dərsini verdi. Ordumuz keçirdiyi əks-hücum əməliyyatı ilə 30 ildir həsrətində olduğumuz kəndləri və yüksəklikləri işğaldan azad edərək minlərlə insanın üzərindən qaçqın statusunu götürdü. Sentyabrın 27-dən başayan əks-hücum əməliyyatı ilə düşmənin minlərlə canlı qüvvəsi və xeyli sayda silah-sursatı, hərbi texnikası məhv edilib. Ermənistan Baş naziri Nikol Paşinyan məğlub olduğunu və qarşısında gözləmədiyi gücə sahib olduğu Azərbaycan Ordusu olduğunu anlayıb. Artıq erməni əsgərləri döyüşməkdən imtina edir, könüllü şəkildə silahlarını qoyub təslim olur. Biz yayılan kadrlarda erməni əsgərinə qoyulan dəyəri də görürük. Təsəvvür edin ki, əsgərlər qaçmasın deyə onlar it kimi qandallanır. Əsgərinə bu cür dəyər verən bir dövlət üçün döyüşməyin özü bir ağılsızlıqdır”.

Deputat vurğulayıb ki, Azərbayca Ordusunu güclü edən və qələbə əzmini artıran sadəcə sahib olduğumuz yüksək döyüş qabiliyyəti və müasir hərbi texnikaya sahib olmaq deyil: “Ölkə başçısı cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və bütün Azərbaycan xalqının verdiyi dəyər silahlı qüvvələrimizin qələbə əzmini daha da artırır. İnanıram ki, bu gün ordumuzun sahib olduğu bu döyüş əzmi sayəsində biz hələ çox qələbələrə imza ataraq şanlı üçrəngli bayrağımızı Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarımızda dalğalandıracağıq. Allah şəhidlərimizə rəhmət etsin! Yaralı hərbiçilərimizə isə Allahdan şəfa diləyirəm”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*