“Arutyunyan savaşda onları İrəvana göndərdi ki…” – Şok iddiabackend

“Arutyunyan savaşda onları İrəvana göndərdi ki...” – Şok iddia

“Həm keçmiş, həm də hazırkı hakimiyyət nümayəndələrinin Dağlıq Qarabağla bağlı açıqlamaları müstəqil komissiya tərəfindən yoxlanılmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu “Maariflənmiş Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, danışıqlar prosesi, döyüş əməliyyatlarından əvvəl və müharibə zamanı ordunun vəziyyəti və komandanlığı ilə əlaqəli bütün aspektlər diqqətlə araşdırılmalıdır.

Marukyan iddia edib ki, Azərbaycanla müharibə vaxtı Qarabağda olub: “Burada təcrübəli generalların həqiqətən komandanlığa və hətta hərbi əməliyyatların müzakirəsinə qatılmasına icazə verilmədiyini gördüm”.

O, Xankəndindəki separatçıların başçısı Araik Arutyunyanın müharibə vaxtı Ermənistanın keçmiş prezidentləri – Robert Köçəryan və Serj Sərkisyanla görüşməkdən imtina etdiyini bildirib: “Müharibədə Ermənistanın keçmiş prezidentləri Qarabağ başçısına (separatçı – red.) görüşməyi təklif etdi, lakin o, imtina etdi. Bunu niyə etdiyini başa düşmək lazımdır”.

Marukyanın sözlərinə görə, Araik Arutyunyan müharibə vaxtı Qarabağdakı separatçı rejimin deputatlarını xüsusi məqsədlərlə İrəvana göndərib:

“Arutyunyana görə, həmin dövrdə spiker Artur Tovmasyan da daxil olmaqla qarabağlı deputatlar İrəvana qayıtmalı və düşmənçiliyə son qoymaq üçün səy göstərməli idilər. Bunu onların özləri etiraf ediblər. Dedilər ki, Əliyevin tələb etdiklərini sülh yolu ilə verəcəyik. Yeddi rayonu nəzərdə tuturdular”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*