AsiaCredit Bank-ın mətbuat xidmətindən KONKRET.az-ın Asiya ölkələri üzrə bürosuna verilən məlumata görə, Bank müştərilərini sifarişlərin icrasında mümkün gecikmələr barədə xəbərdarlıq edir.
Bankın məlumatında deyilir ki, “bankların planlaşdırılan inteqrasiyasına hazırlıqla əlaqədar məlumatların və ödəniş sistemlərinin sınanması üzündən texniki səbəblərə görə, ödənişlərin çox olması səbəbindən müştərilərin sifarişlərinin icrasında bəzi gecikmələr var”.
Bank əlavə edib ki, hüquqi və fiziki şəxslərin ödənişlərinin icrası ödəmələrin ardıcıllığı ilə aparılacaq.

“Hazırda bankın əməliyyatları dayandırılmayıb, bank ödəniş və köçürmə əməliyyatlarını həyata keçirir. Hər bir müştəriyə xidmət göstəriləcək, ödənişlər prioritet qaydada aparılacaq. Vəziyyəti həll etmək üçün çalışırıq və müştərilərimizdən təmkinli olmalarını xahiş edirik”, – deyə AsiaCredit Bank-ın İdarə Heyətinin sədri Əbdürrəhman Zeki Arifioğlu müştərilərinə müraciət edib.
