Məlum olduğu kimi, aprelin 10-da Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçənin açılışı olub.
Mərasimdə Azərbaycan və Qazaxıstan respublikalarının prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev iştirak ediblər. Prezidentlər, həmçinin, Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkiblər.
Qeyd edək ki, Astananın mərkəzində yerləşən küçə boyunca dünyada ən böyük sferik bina olan “Nur Aləm”, Astana Balet Teatrı, Mərkəzi Botanika bağı, habelə şəhərin ən iri ticarət-əyləncə mərkəzi kimi mühüm obyektlər mövcuddur.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu böyük şəxsiyyətin adını daşıyan və qardaş dövlətlər arasında sıx əməkdaşlığın rəmzi olan həmin küçədən eksklüziv görüntüləri təqdim edir.








Fotolar İldırım Musayevindir.
KONKRET.az
