Astara sərhədində təxliyə üçün avtobuslar hazır vəziyyətə gətirildi – FOTObackend

Astara sərhədində təxliyə üçün avtobuslar hazır vəziyyətə gətirildi - FOTO

İran vasitəsilə Azərbaycana təxliyə olunacaq şəxslərin daşınması məqsədilə Azərbaycan–İran sərhədinə sərnişin avtobusları cəlb edilib.

KONRKET.az Teleqraf-a istinadla xəbər verir ki, ilkin mərhələdə üç avtobus sərhəd ərazisində gözləmə mövqeyində saxlanılır.
Bildirilib ki, həmin avtobuslar Astara sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə daxil olacaq şəxsləri ödənişsiz şəkildə paytaxta çatdıracaq.
Qarşıdakı günlərdə təxliyə prosesi zamanı ölkəyə keçən vətəndaşların sayından asılı olaraq nəqliyyat vasitələrinin sayının artırılması da istisna edilmir. Hazırda sərhəd ərazisində təşkilati işlərin koordinasiyalı şəkildə davam etdiyi qeyd olunur.
BakuPost

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*