Ailə başçısını itirməyə görə təyin olunan pensiyanın uşağın adına rəsmiləşdirilməsi bəzi hallarda suallar doğurur. Xüsusilə, valideynin bu pensiyanı öz adına keçirib-keçirə bilməyəcəyi müzakirə mövzusudur. Maraqlıdır, ailə başçısını itirməyə görə övlada təyin olunan pensiya ananın adına keçirilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, mövcud qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə pensiya birbaşa hüquq sahibi olan şəxsin, yəni övladın adına təyin olunur və müəyyən şərtlər olmadan ananın adına keçirilə bilməz.
Hüquqşünasın sözlərinə görə, ananın bu pensiyanı öz adına alması üçün onun əmək qabiliyyətsiz olması əsas şərtdir:
“Əgər ananın əlilliyi yoxdursa, pensiyanın onun adına keçirilməsi mümkün deyil. Ana yalnız özündə pensiya hüququ yarandıqda, yəni əlillik və ya yaşa görə pensiya almaq hüququ qazandıqda bu imkandan istifadə edə bilər. Hazırkı vəziyyətdə isə övladın adına təyin olunmuş pensiya yalnız uşağa ödənilir”.
Əgər uşağa uşaqlıqdan əlillik təyin olunubsa, ata vəfat etdikdən sonra ana onun ailə başçısını itirməyə görə pensiyasını almaq hüququna malikdir.
Ramil Süleymanov əlavə edib ki, əgər uşağa uşaqlıqdan əlillik təyin olunubsa, ata vəfat etdikdən sonra ana onun ailə başçısını itirməyə görə pensiyasını almaq hüququna malikdir.
Aynurə İsmayıl
KONKRET.az

