Atasını amansızlıqla öldürüb videomüraciət yaydı: “Uşaqlıq arzum idi” – VİDEObackend

Atasını amansızlıqla öldürüb videomüraciət yaydı: “Uşaqlıq arzum idi” - VİDEO

“Mənim adım Dimadır. Mən bu gün atamı qətlə yetirmişəm. O, uşaqlıqdan məni qısnayıb, döyüb, boyun və döş fəqərələrimi zədələyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyədə beşulduzlu oteldə çəkicdən istifadə edərək valideynlərini qətlə yetirən Dmitri Stepanov deyib.

O, cinayəti törədəndən sonra özünü kameraya çəkərək qətli hansı səbəblərdən həyata keçirdiyini nəql edib.

“Marixuanadan istifadə edib evə gəldiyimə görə atam məni döyərək qulaq pərdəmi zədələyib. Hər şey isə nənəm tərəfindən mənim fövqəladə bir gücə sahib olduğumu aşkar edəndən sonra baş verdi. Onlar bu gücü mənim əlimdən almağa çalışırdılar”.

Dmitri iddia edib ki, o, törətdiyi qətllə valideynləri tərəfindən məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsinin qisasını alıb.

“Onu öldürmək mənim uşaqlıq arzum idi və o həyata keçdi. Uşaqlıq arzuları isə mütləq həyata keçməlidir”, – deyə Dmitri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*