Atası tərəfindən qəddarcasına döyülən dördyaşlı qız xəstəxanada öldübackend

Atası tərəfindən qəddarcasına döyülən dördyaşlı qız xəstəxanada öldü

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zelvenski rayonundan olan dördyaşlı qız atası tərəfindən döyüldükdən sonra xəstəxanada ölüb.

KONKRET.az bildirir ki, 2015-ci il təvəllüdlü qız üç gün əvvəl çoxsaylı xəsarətlərlə huşsuz vəziyyətdə tibb müəssisəsinə çatdırılıb. Həkimlər onu xilas etmək üçün əllərindən gələni ediblər, ancaq körpəni xilas etmək mümkün olmayıb.

İstintaqın daha əvvəl xəbər verdiyi kimi, ata qızı ona qulaq asmadığı üçün döyüb. Uşağı silkələyib, əlləri və ayaqları ilə vurub, sonra bir neçə dəfə divana və divara çırpıb, bundan sonra körpə huşunu itirib. Qorxudan dərhal təcili yardım çağırıb, həkimlər qələnə qədər qızını həyata qaytarmağa çalışıb.

Məlum olub ki, qızcığaz 2016-cı il təvəllüdlü bacısı ilə birlikdə atasının himayəsindədir. Uşaqlar iki il əvvəl sosial təhlükəli vəziyyətdə olduqları üçün atalarının əlindən alınmış və keçən ilin payızında geri qaytarılmışlar. Anaları valideyn hüquqlarından məhrum olunub. Kişi bir övladı olan başqa qadınla yaşayırmış.

Kişi hazırda həbs olunub, ona qarşı İstintaq Komitəsinin Zelvenski rayon şöbəsi tərəfindən cinayət işi açılıb.

İkinci uşaq qəyyumluq orqanlarına təhvil verilərək sağlamlıq müəssisəsinə göndərilib, çünki bu uşağın da bədənində xəsarətlər tapılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*