Atəşkəs İsrailin uğursuzluğudur – Bennettbackend

Atəşkəs İsrailin uğursuzluğudur - Bennett

İsrailin keçmiş baş naziri Naftali Bennett İranla atəşkəs razılaşmasını tənqid edib.

KONKRET.az xəbər verir ki, o, müharibənin məqsədlərinə çatılmadığını bildirib və xəbərdarlıq edib ki, uğursuzluq İsraili qisasçı İranla üz-üzə qoyacaq.

“Hakimiyyətin bütün boş vədləri əks nəticə verib. İsraili daxildən məhv edən hökumət düşməni xaricdə məğlub edə bilməz”, – o vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında ötən gün iki həftəlik atəşkəs razılaşması əldə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*