Benyamin Netanyahunun ofisi İsraillə HƏMAS arasında Qəzza zolağında girovların azad edilməsinə dair sazişi imzaladığını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Netanyahu razılaşma barədə məlumatlandırılıb və hərbi-siyasi kabineti çağırmaq, daha sonra isə planı təsdiqləmək üçün hökumət iclası keçirmək göstərişi verib”. Qəzza zolağında atəşkəs razılaşmasının elan edilməsindən sonra İsrailin atəşi nəticəsində 70-dən çox insanın həlak olduğu barədə məlumatlar yayılıb. İsrail hərbçilərinin Qəzzada girovlardan birinin olduğu yerə hücum etdiyi də bildirilib .
Vəli Həsənoğlu,
KONKRET.az