ATƏT-in Baş katibi: “Üzv ölkələr Rusiyaya müraciət ediblər”backend

ATƏT-in Baş katibi: "Üzv ölkələr Rusiyaya müraciət ediblər"

ATƏT-in Daimi Şurasının iclası keçirilib. ATƏT üzvləri Rusiyaya müraciət ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Helqa Maria Şmit tviter hesabında yazıb.

“İştirakçı dövlətlər Rusiyanı işğalı dayandırmağa çağırıblar. Zorakılığa son qoyulmalı, humanitar yardıma və təhlükəsiz keçidə icazə verilməlidir.

ATƏT-in bütün diplomatik mexanizmləri açıqdır və dövlətlərin ixtiyarındadır”, – Helqa Maria Şmit bildirib.

“Ukraynadakı ATƏT əməkdaşları ilə fəxr edirəm. Onlar bu cür müstəsna işlər görürlər. İndi onlar təhlükəsiz yerə köçürlər, lakin mən israr edirəm ki, bu köçürülmə müvəqqətidir.

Fədakarlıqlarına və bu qaranlıq günlərdə inamı saxladıqlarına görə hər kəsə təşəkkür edirəm”, – ATƏT-in Baş katibi əlavə edib.

  • Əliəddin
    Fevral 28, 2022 - 00:08

    Təəssüf ki, adını xatırlamadığım bir rus azadfikirli jurnalistin fikri indi də yadımdadır: Kremlin iki ən böyük silahı vardır: YALAN və HƏYASIZLIQ (ложь и наглость). Lenta.ru-nun və Независимая газета-nın bu günkü saylarında: Ukraynalı hərbçilər ikinci dünya müharibəsində faşistlərin törətdiklərindən daha dəhşətli işgəncələri rusiyalı hərbi əsirlərə tətbiq edirlər (Lenta.ru) və V.Putinin fikirləri: Hadisələrin bütün gedişi və daxil olan informasiyaların analizi göstərir ki, Rusiyanın bu qüvvələrlə toqquşması labüd idi. Bu ancaq zaman məsələsi idi: onlar hazırlaşırlar, əlverişli saat gözləyirlər. İndi həm də nüvə silahı əldə etməyə iddia-lıdırlar. Sadəcə müşahidə etməyi davam etdirməyi biz daha edə bilməzdik. Bu bizim tərəfimizdən tamamən məsuliyyətsizlik olardı. Dünyanın ən nəhəng dövlət başçılarından birinin bu qədər saçma-sapan, absurd fikirlərinə heyrətlənməmək mümkünmü? Son dərəcə iyrənc bəhanələrlə torpağı işğal edilən bir ölkəyə iftira atmaq əxlaq yoxsulluğundan da ötə bir yanaşma deyilmi? Putin rus əsgərlərini Ukraynada qızılgüllərlə, qə-rənfillərlə qarşılanacaqlarına ümidləndikdə, yüzlərlə hərbi əsirin layiq olduqları münasibəti görmələrinə niyə şaşırırlar, bax bu maraqlıdır. Yüz minlərlə qoca, qadın, uşaqların yad ölkələrin sərhəd qapılarında qaçqın taleyi yaşamalarına görə ukraynlar yəqin ki, Lenta.ru-nun əməkdaşlarına görə bu hərbi CANİLƏRİN başlarını sığallamalı imişlər. Nüvə silahına sahiblənməyə gəlincə, bədnam SSRİ dağılanda Ukrayna arsenalındakı bütün nüvə silahlarını Rusiya və digər nüvə dövlətlərinin onun təhlükəsizliyinə təminat qarşılığında Rusiyaya verdiyini deyəsən V.Putin unudub. Kreml strateqləri sadə bir gerçəyi niyə başa düşmür, bax bunu anlamaq çox çətindir. Axı heç kəs kiminsə boyunduruğu altında yaşamaq istəmir. Bir tərəfdən də bu boyunduruqlu ölkə nəinki öz millətindən olanlara, hətta ikinci, üçüncü sort hesab etdiyi xalqlara yaxşı heç nə vəd etməyib. Rusiya Dumasının zəka nəhəngi deputatları doğrudanmı bu qədər piyada, ya başqa xalqların istəklərinə kor, laqeyddirlər ki, min illərdən gələn adi həqiqətə KARDIRLAR: Göylərdən insanlığa göndərilən iki İLAHİ hədiyyə var: onun ailəsi və BAĞIMSIZ DÖVLƏTİ. Bu gerçəyi tanımayanlara LƏNƏT OLSUN!
    UKRAYNA xalqına, ukrayn əsgərlərinə, bütün dirəniş iştirakçılarına EŞQ OLSUN! QƏLƏBƏNİN Ukraynanın olmasını ən səmimi duyğularımla TANRIDAN DİLƏYİRƏM. ALLAH yardımçınız olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*