ATƏT sədri: “Bu gün biz prinsiplərimizdən uzaqlaşdığımız üçün böhran içərisindəyik”backend

ATƏT sədri: “Bu gün biz prinsiplərimizdən uzaqlaşdığımız üçün böhran içərisindəyik”

“Biz təşkilata sədrliyi ötən ilin yanvar ayında üzərimizə götürərkən hər kəs ATƏT-in problemlərlə mübarizə içərisində olduğunu deyirdi”.

AP, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və xarici işlər naziri Edi Rama ATƏT-in Nazirlər Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, təşkilata üzv ölkələr və bu ölkələrin xalqları Avropada təhlükəsizliyi qorumaq və hərtərəfli şəkildə təmin etmək üçün səylər göstərməlidirlərBiz Parisdə, İstanbulda, Astanada (indiki Nur-Sultan) görüşlərimizdə bu istiqamətdə öhdəliklər götürdük. Birgə fəaliyyət göstərəcəyimiz, təhlükəsizliyi təmin edəcəyimiz, sülh və rifah barədə razılaşmalar əldə etmişik. Lakin bu gün biz daha da pisləşən böhranın içərisindəyik, çünki biz prinsiplərimizdən uzaqlaşırıq, artıq prinsiplərimizə hörmət edilmir və bizim öhdəliklərimiz həyata keçirilmir. Bizim baxışlarımızdakı fərqlər daha da böyüyür və dərinləşir. Çünki çoxtərəfliliyə yox, birtərəflilik siyasətinə üstünlük verilir. Dialoq əvəzinə qarşıdurma seçilir. Əməkdaşlıq əvəzinə bölücülük və dağıdıcı yanaşmaya üstünlük verilir. Bütün bunlar bizim hamımızı dərin problemlərə sürükləyir.  \apa\

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*