Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil etdibackend

Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil etdi

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, 15 may  2024-cü il tarixində Şura əməkdaşları BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib.   

KONKRET.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr tərəfindən maraqla qarşılandığını, belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Audiovizual Şuranın əməkdaşları audiovizual media və onun tənzimlənməsi normaları haqqında geniş təqdimatla çıxış etmişlər. Məlumat almaq hüququ, yayımlanması məhdudlaşdırılan informasiyalar, yayımlanmış materialların saxlanılması, mediada reklamın yayılması, audiovizual media sahəsində lisenziyalaşdırma və digər mövzular barədə tələbələrə ətraflı məlumat verilmişdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılımışdır.

a man giving a presentation

 

a group of people sitting in a room

a couple of men in suits standing in front of a chalkboard

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*