İranın Tehran şəhərində qəzaya uğramış təyyarədə ölən Ukrayna vətəndaşlarının cəsədləri yanvarın 19-da ölkələrinə göndəriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinin rəsmi Facebook hesabında məlumat verilib.
“Həyatını itirən ukraynalı sərnişinlər və PS757 reysinin ekipajı yanvarın 19-da Ukraynaya qaytarılacaq”, – paylaşımda qeyd edilib.
Bundan əlavə, aviaşirkət bildirib ki, ölənlərin xatirəsinə həsr olunmuş vida mərasimi Borispol Beynəlxalq Hava Limanının terminalında keçiriləcək.
Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukrayna təyyarəsinin qəzaya düşməsi nəticəsində 176 nəfər ölüb. Daha sonra təyyarənin səhvən İran tərəfindən vurulduğu məlum olub.
Qafqazinfo.az
