“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov qeyd edib ki, artıq avqust ayında pandemiyadan əvvəlki həyat ritminə qayıtmaq olacaq:
“Alimlərin hesablamalarına görə, adi həyat ritminə qayıtmaq üçün məhz 60 faiz səviyyəsində dünya əhalisində immunitet olması vacibdir”.