Avrokuboklar: “Qalatasaray” “Barselona” səddini aşa bilmədibackend

Avrokuboklar: “Qalatasaray” “Barselona” səddini aşa bilmədi 

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

KONKRET.az xəbər verir ki, bu günə nəzərdə tutulan 7 görüşdən dördü başa çatıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniya “Barselona”sını qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu meydan sahibləri vurublar. 28-ci dəqiqədə Markao künc zərbəsindən sonra başla topu qapıdan keçirib. 37-ci dəqiqədə Pedri “Cim-Bom”un 3 müdafiəçisini aldadaraq, hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə 50-ci dəqiqədə Pyer-Emerik Obameyanq qoyub. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmadığından, bu nəticə “Barselona”nı 1/4 finala daşıyıb.

Kataloniya təmsilçisi ilə yanaşı, İtaliyanın “Atalanta”, Portuqaliyanın “Braqa” və Şotlandiyanın “Reyncers” klubları da mərhələ adlayıblar.

1/8 finalın digər 4 cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*