backend

Avropa Birliyi Türkiyəyə maliyyə yardımını əhəmiyyətli dərəcədə azaltdı

Buna Ankaranın Suriyadakı hərəkətləri səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Funke” media qrupu AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrelin Avropa Parlamentinə göndərdiyi məktubuna istinadən məlumat verib. İslahatların aparılması üçün nəzərdə tutulan yardım 75 faiz azaldılıb.

Ankara bu proqram çərçivəsində cəmi 168 milyon avro alacaq, onlardan 150 milyonu demokratiya və qanunun aliliyi sahəsindəki inkişafa, 18 milyonu kəndlərin inkişafı üçün nəzərdə tutulub.

Borrel bu qərarın səbəblərini Aralıq dənizində qaz mübahisəsi və Ankaranın Suriyadakı hərəkətləri ilə əlaqələndirib. O, eyni zamanda, Türkiyədə maliyyə dəstəyi ilə həyata keçirilən islahatların davam etdirilməsini vacib sayıb.

Qeyd edək ki, yardım AB ölkələrinin IPA proqramı vasitəsilə verilir. Məlum olduğu kimi Türkiyənin AB-yə daxil olması ilə bağlı danışıqlar uzun müddət dondurulmuş vəziyyətdə qalıb. 2014-cü ildən 2020-ci ilə qədər olan müddətdə ölkə Avropa Birliyindən 3,5 milyard avro alıb. Borrel deyir ki, 2017-ci ildən bu yana Türkiyənin yardımları ümumilikdə 1,2 milyard avro azalıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*