Avropa çempionatı: Azərbaycanın titullu güləşçisi finala yüksəldibackend

Avropa çempionatı: Azərbaycanın titullu güləşçisi finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

KONKRET.az-ın məlumatına görə, 82 kq-da mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu finala gedən yolda gürcüstanlı rumıniyalı Mixail Bradu ilə qarşılaşıb.

Rəqibinə 3:1 hesabı ilə qalib gələn titullu idmançı adını finala yazdırıb. Onun həlledici görüşdəki rəqibi gürcüstanlı Gela Bolkvadze olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*