Avropa İnsan Haqları Məhkəməsi Fransanı 2020-ci ildə 8 yaşlı uşağı 14 gün təcridxanada saxladığına görə cəzalandırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə AİHM-in dərc etdiyi qərarda bildirilir.
Qərarda 2019-cu ildə ailəsi ilə birlikdə Fransaya daxil olan 8 yaşlı gürcü əsilli uşağın 20 noyabr 2020-ci ildə ölkəsinə qayıtmazdan əvvəl valideynləri ilə birlikdə inzibati həbsxanada 14 gün saxlandığı qeyd edilib.
AİHM vəziyyəti anlamaq şüuruna hələ çatmayan uşağa həbs müddətinin psixoloji cəhətdən zərər vurduğunu açıqlayıb.
Bildirilib ki, hakimiyyət orqanları yetkinlik yaşına çatmayan uşaqla Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsini pozaraq rəftar ediblər.
Məhkəmə bu səbəblə Fransa rəhbərliyinin uşağa mənəvi ziyana görə, 5 min avro ödəməli olduğuna qərar verib.
İqbal Rzayev,
KONKRET.az
