BMT İnsan Hüquqları Şurasının 55-ci iclasında Avropa İttifaqının (Aİ) nümayəndəsi dünyanın müxtəlif yerlərində insan haqlarının vəziyyətindən, o cümlədən ermənilərin Qarabağı tərk etməsindən danışıb.
KONKRET.az erməni mediasına istinadən bildirir ki, nümayəndənin bəyanatında Aİ-nin Ermənistan və Azərbaycan arasında sabit və davamlı sülhün bərqərar olmasına dəstək göstərdiyi vurğulanıb. Qeyd edilib ki, bu, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında öz öhdəliklərinə uyğun olaraq, suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsiplərinə əsaslanır.
Aİ qeyd edib ki, ermənilərin Qarabağa könüllü, təhlükəsiz, ləyaqətli və sabit qayıtması, xüsusən də terror və ayrı-seçkilik olmadan öz evlərində ləyaqətlə yaşamaq hüququ üçün şərait yaradılması mühümdür. Bundan başqa, yerli əhalinin mədəni irsi və mülkiyyət hüquqları effektiv şəkildə qorunmalı və təmin edilməlidir. BMT-nin Beynəlxalq Məhkəməsinin qərarlarının tam icrasının son dərəcə vacib olduğu vurğulanıb.
Xatirə SADİQ,
KONKRET.az

Qərbi Azərbaycanlılar nə vaxt Ermənistana qayıtsa,onda da ermənilər də Qarabağa qayoıdar,əks halda minanı yenə Azərbaycanın altına qoyacaqlar.Azərbaycanlıları Zəngəzura yerləşdirmək lazımdır