“Avropa İttifaqının Rusiyaya qarşı planı iflasa uğradı” – Andrey Kolqanovbackend

“Avropa İttifaqının Rusiyaya qarşı planı iflasa uğradı” - Andrey Kolqanov

Avropa İttifaqı öz hərəkətlərinə görə yüksək bədəl ödəyəcək. Avropa İttifaqı artıq Ukraynada xüsusi əməliyyat keçirdiyinə görə Rusiyaya qarşı altı sanksiya paketi təqdim edib.  Hazırda Aİ liderləri yeddinci paketin müddəalarını müzakirə edirlər. Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin aparıcı elmi işçisi Andrey Kolqanov əmindir ki, Aİ yalnız özünün vəziyyətini pisləşdirməklə məşğuldur.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Kolqanov Rusiyaya qarşı “iqtisadi blitskriq”in baş tutmadığını açıqlayıb. İqtisadçı izah edib ki, Aİ bununla Rusiyanı öz mövqeyindən geri çəkilməyə məcbur edə bilməyib. Bu səbəbdən də Qərbin planları baş tutmayıb.  Ekspert qeyd edib ki, Avropa İttifaqı istədiyi nəticəni əldə etməyəcək və öz hərəkətlərinin bədəlini ödəyəcək.

İqtisadçı hesab edir ki, Aİ iqtisadiyyatı dağılmayacaq, ancaq artım tempi də olmayacaq. Sadəcə Qərb iqtisadiyyatı ayaqda qala biləcək. Bununla belə, ekspertin fikrincə  Avropa əhalisi rusiyalılarla müqayisədə  çətinliyi daha kəskin hiss edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*