Avropada kənd təsərrüfatı məhsullarının qiymətlərinin artacağı gözlənilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, FoodNet Milli Texnologiya Təşəbbüsünün (NTI) işçi qrupunun eksperti Mixail Çarnıy anti-Rusiya sanksiyaları səbəbindən Avropada kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşmanın olacağını proqnozlaşdırıb:
“Avropa Rusiyanın enerji mənbələrindən imtina etmək qərarına gəlsə, bu, bizim gübrələrimizin ixracına qadağa qoyulması ilə yanaşı Aİ ölkələrində məhsuldarlığın kəskin azalmasına və kənd təsərrüfatı mallarının qiymətlərinin sürətlə bahalaşmasına səbəb olacaq” -mütəxəssis vurğulayıb.
Çarnıy Rusiyanın kalium, azot və fosfat gübrələrini aşağı qiymətə ixrac edən dövlət olduğunu xatırladıb.
Xatırladaq ki, “Svobodnaya Pressa” ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının tezliklə bitməyəcəyini yazıb. Bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild təsdiqləyib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
