Avropada təbii qaz UCUZLAŞDIbackend

Avropada təbii qaz UCUZLAŞDI

Ukraynadan Rusiya qazının tranzit həcmlərinin 2 dəfə artması fonunda Avropada qazın min kubmetrinin qiyməti 900 ABŞ dollarından aşağı, yəni 8 faiz düşüb.

KONKRET.az Londonun ICE birjasının məlumatlarına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçerslərinin qiyməti min kubmetr üçün 899,99 ABŞ dollarınadək düşüb. Ümumi ucuzlaşma 8% təşkil edib.

Qeyd edək ki, “Qazprom” şirkəti Ukrayna ərazisindən keçməklə qaz tranzitini yanvar ayı ilə müqayisədə 1,8% artırıraq, 107,7 milyon kubmetrə çatdırıb.

Bununla da həcm uzunmüddətli müqavilə əsasında bron edilmiş həcmə (gündəlik, təxminən, 109,5 milyon kubmetr) yaxınlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*