Sifarişlə qətl törətmək istəyən şəxslə bağlı QƏRARbackend

Sifarişlə qətl törətmək istəyən şəxslə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində İmişli sakini Xələf Fərəcovun oğlu tərəfindən qətlinin sifarişi edilməsi ilə bağlı daha bir nəfərin Vüsal Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Fəqan Fərəcov tamah niyyəti ilə atası Xələf Fərəcovu öldürmək üçün sifariş verdiyi icraçılara 60 000 manat boyun olub.

Əvvəlcə onu bildirək ki, Fəqan atasını öldürmək üçün tanışı İlkin Hüseynovla əlaqə saxlayaraq, bu sifarişi icra edə biləcək şəxsin tapılmasını istəyib. Bu zaman İlkin Belarusiyada yaşayan Vüsal Məmmədovu tapıb. Telefon danışığı zamanı İlkin Vüsala bu işin tək adamın görə bilməcəyini bildirib, ondan əlavə icraçı tapılmasını xahiş edib. Nəticədə Xələf Fərəcovun qətlində iştirak edəcək şəxs qismində Fariz İsmayılovla əlaqə saxlanılıb, ondan razılıq alınıb.

Razılaşmaya görə, 60 000 manatın 30 000 icraçıya çatmalı, qalan məbləğ isə İlkinlə Vüsal arasında bölünməli idi. Cinayət planına əsasən, elə görüntü yaratmaq lazım imiş ki, guya Xələf Fərəcov bədbəxt hadisə nəticəsində – elektrik cərəyanı vurmasından ölüb.

Qruplaşma arasındakı razılaşmaya əsasən, İlkin Hüseynovla Fariz İsmayılov İmişliyə, zərərçəkən şəxsin yaşadığı ünvana yollanıblar. İcraata başlayan zaman qonşulardan birinin öz evindən çıxaraq küçə ilə hərəkət etməsi cinayətkarları ifşa olunma qorxusu ilə üz-üzə qoyub. Buna görə də onlar öz istəklərindən asılı olmayaraq, cinayət əməlini başa çatdırmayıb və hadisə yerindən qaçmaq məcburiyyətində qalıblar.

Bundan sonra sifarişçi ilə icraçılar arasında gərginlik yaranıb. Fəqan bu vatsap yazışmasında İlkinə etirazını bildirib.

Qeyd: Bu cinayət işinə görə əvvəlcə Fərəcov Fəqan Xələf oğlu, Hüseynov İlkin Yavər oğlu və İsmayılov Fariz Eldar birgə mühakimə olunub. Vüsal Məmmədov isə hadisədən sonra Belarusa qaçıb. Lakin o, sonradan tutularaq Azərbaycana gətirilib.

Məhkəmənin hökmünə əsasən, Vüsal Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*